02 İyun 2024, 01:40
FUTBOL
Çempionlar Liqasının qalibi olan “Real”, UEFA Superkubokunda Avropa Liqasının qalibi olmuş “Atalanta” ilə qarşılaşacaq.
Matc.az xəbər verir ki, 2023/2024 mövsümünün Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında UEFA Superkuboku uğrunda oyun Varşavada keçiriləcək. Qarşılaşma avqustun 14-də baş tutacaq.
Xatırladaq ki, UEFA Superkubokunun ilk qalibi Amsterdamın "Ayaks" klubu olub. Kubokun son sahibi isə “Mançester Siti”dir.