Bu gün Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Avropa çempionatında mübarizəyə başlayacaq.

Matc.az xəbər verir ki, yığma ilk oyununda Belçika ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qeyd edək ki, millimiz iyunun 3-də İtaliya, bir gün sonra Fransa yığması ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest