Türkiyə Superliqasının son çempionu “Qalatasaray” yeni mövsüm hazırlıqlarına başlayıb.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi ilk olaraq kluba gələcək və gedəcəklərin planlarını qurur.

Xəbər veridiyimiz kimi, ötən mövsüm komandaya faydalı olmayan Tanguy Ndombele, Karlos Viniçius, Sercio Oliveyra, Serc Aurier, Vilfried Zaha və Tete komandadan ayrılacaq ilk futbolçulardır.

Digər tərəfədən, “sarı-qırmızılılar”ın icarə əsasında göndərdiyi 18 futbolçu - Nikolo Zaniolo, Yunus Akgün, Yusuf Demir, Emin Bayram, Leo Dubois, Çikaldau, Kazımcan Karataş, Taylan Antalyalı, Halil Dervişoğlu, Mathias Ross, Metehan Baltacı, Eren Aydın, Siraçhan Nas, Batuhan Şen, Işık Kaan Arslan, Baran Aksaka, Caner Doğan, Berk Balaban kluba geri qayıdır.

Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar Liqasındakı ilk rəqibi avqustun 5-də baş tutacaq püşkatmada ilə müəyyənləşəcək. Avqustun 20-21-də isə Çempionlar Liqasında ilk görüşünə çıxacaq.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest