“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo “Real”ın müdafiəçisi Naço Fernandes və “Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro ilə onların Səudiyyə Ərəbistanı klubuna transferi ilə bağlı müzakirələr edib.

Matc.az xəbər verir ki,  bu barədə məlumatı “Marca” nəşri yayıb.

Bildirilir ki, portuqaliyalı hücumçunun klubda nüfuzu getdikcə artır və o, komandada səviyyəli oyunçular görmək istəyir.

Xatırladaq ki, bundan əvvəl mətbuatda Naçonun cari mövsümün sonunda Madrid klubunu tərk edəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Bildirilib ki, ispaniyalı futbolçu üçün prioritet MLS-ə keçiddir. Kazemironun da yay “transfer pəncərəsi” zamanı satıla biləcəyi ilə bağlı da söz-söhbətlər var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest