İtaliyanın maliyyə polisi klubların qeyri-qanuni mənfəət əldə etməsində şübhəli bilindiyi üçün "İnter" və "Roma"nın iştirak etdiyi 12 transfer sövdələşməsini araşdırır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Tuttosport” paylaşıb.
Bildirilir ki, “İnter” və “Roma”dan başqa, “Sassuolo”, “Atalanta” və “Napoli”nin də transferləri araşdırılır. Roma prokurorluğu artıq müvafiq sənədləri digər şəhərlərdəki həmkarlarına göndərib.
İstintaqın əsas diqqəti “Roma”nın iştirakiylə həyata keçirilən maliyyə transferlərinin saxta korporativ hesabatları ilə bağlıdır.
Xüsusi nəzarət altında isə 2017-ci ildən 2021-ci ilə qədər aparılan əməliyyatlardır. Məsələn, “Roma”dan “Sassuolo”ya keçən Radja Nainqqolan və Davide Frattesinin transfer əməliyyatları araşdırılır.