“Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şamaxı” klubunun İdarə heyətinin növbəti iclasında bir sıra qərarlar qəbul edilib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İclasda ilk olaraq geridə qalan mövsümdə “Şamaxı”nın 1-ci liqada çempion olmasında baş məşqçi kimi verdiyi tövhəyə görə Ramiz Məmmədova idarə heyətinin üzvləri minnətdarlığını bildirib və komandanın yenidən Premyer Liqaya qayıtmasında onun böyük əməyinin olduğu qeyd edilib.
Müzakirələr nəticəsində Ramiz Məmmədovla yolların ayrılmasına qərar verilib. O, idarə heyətinin sədr müavini kimi fəaliyyətini davam etdirəcək.