02 İyun 2024, 20:34
FUTBOL
Millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib.
“Qarabağ”ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.
Matc.az xəbər verir ki, Azərbaycan kubokunun bu gün keçirilən “Qarabağ” - “Zirə” final matçı Medvedev üçün sonuncu oyundur. Görüşdən əvvəl “Qarabağ”ın prezidenti Tahir Gözəl və direktoru Emrah Çelikel Medvedevə xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, millimizin də üzvü olmuş 35 yaşlı futbolçu 18 il ərzində (2006-2024-cü illər) “Qarabağ”ın şərəfini qoruyub. O, Ağdam klubunun heyətində 552, millidə isə 81 oyun keçirib.