43 komandanın yer aldığı “səpələnməmişlər” arasında Azərbaycan təmsilçiləri də var. “Zirə” də Avropa Liqasının 1-ci təsnifat mərhələsində uduzub Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə düşsə “səpələnməmişlər” səbətində yer alacaq.
Azərbaycanın “Sabah” və “Sumqayıt” futbol klublarının Konfrans Liqasında bütün mümkün rəqibləri müəyyənləşib.
Matc.az xəbər verir ki, komandalarımız çıxışlarına 2-ci təsnifat mərhələsindən başlayacaqlar. Burada 86 klub çıxış edəcək. 43 komandanın yer aldığı “səpələnməmişlər” arasında Azərbaycan təmsilçiləri də var. “Zirə” də Avropa Liqasının 1-ci təsnifat mərhələsində uduzub Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə düşsə “səpələnməmişlər” səbətində yer alacaq.
Komandalarımızın bu mərhələdəki rəqibləri “səpələnmişlər” səbətində yer alan aşağıdakı 42 klub ola bilər (“Ararat” - nəzərə alınmır, çünki UEFA püşkatmada Azərbaycan və Ermənistan komandalarını ayırır):
“Kopenhagen” (Danimarka), “Gent” (Belçika), “Başakşehir” (Türkiyə), “Kluj” (Rumıniya), “Legiya” (Polşa), “Makkabi” (Hayfa, İsrail), “Hapoel” (Ber-Şeva, İsrail), “Yurqorden” (İsveç), “Qo Ahed İqls” (Hollandiya), “Omonia” (Kipr), “Vitoriya” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), “Olimpiya” (Sloveniya), “Dnepr-1” (Ukrayna), AEK (Yunanıstan), “Zrinski” (Bosniya və Herseqovina), “Hayduk” (Xorvatiya), “Osiek” (Xorvatiya), “Spartak” (Trnava, Slovakiya), AEK (Kipr), “Avstriya” (Avstriya), “Vaduz” (Lixtenşteyn), “Dunayska Streda” (Slovakiya), “Fehervar” (Macarıstan), “Banik” (Çexiya), “Mlada Boleslav” (Çexiya), “Sent-Mirren” (Şotlandiya), “Universitatya” (Rumıniya), “Brondby” (Danimarka), “Sürix” (İsveçrə), “Sanky-Qallen” (İsveçrə), eləcə də “Zalgiris” (Litva), “Linfild” (Şimali İrlandiya), KuPS (Finlandiya), “Breidablik” (İslandiya), “Düdelanj” (Lüksemburq), “Buduçnost” (Monteneqro), “Dinamo” (Tbilisi, Gürcüstan), “Şkendiya” (Şimali Makedoniya), “B36 Torshavn” (Farer adaları) və “Partizani” (Albaniya) kimi klubların iştirakı ilə 1-ci tur cütlüklərinin qalibləri.
Püşkatmadan əvvəl UEFA komandaları qruplara böləcək və potensial rəqiblərin sayı azalacaq.
Qeyd edək ki, iyunun 19-da Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Qarşılaşmalar iyulun 25-i və avqustun 1-də baş tutacaq.