Kriştiano Ronaldo AVRO-2024 öncəsi Portuqaliya millisinin ilk yoldaşlıq görüşünü buraxacaq. Matc.az xəbər verir ki, buna səbəb 39 yaşlı hücumçuya istirahət verilməsidi.
Superulduz iyunun 4-də Finlandiya ilə keçiriləcək qarşılaşmada iştirak etməyəcək. Səudiyyə Ərəbistanı çempionatı başa çatdıqdan sonra millinin məşqçilər korpusu ona bir həftəlik istirahət imkanı verib. Eyni səbəbdən “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveş finlərlə qarşılaşmada yer almayacaq. Hər iki futbolçu bu həftəsonu millinin düşərgəsinə qoşulacaq.
Portuqaliya millisi həmçinin iyunun 8-də Xorvatiya, 11-də isə İrlandiya ilə yoldaşlıq görüşü keçirəcək.
Qeyd edək ki, portuqallar AVRO-2024-də Çexiya, Gürcüstan və Türkiyə ilə eyni qrupda mübarizə aparacaq.