03 İyun 2024, 14:04
FUTBOL
Dortmund “Borussiya”sından ayrılan Marko Roys karyerasını davam etdirə bilər. Matc.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin sərfəli təklif almasıdı.
Belə ki, ABŞ-ın “Los Anceles Qalaksi” klubu onu heyətinə qatmaq istəyini bəyan edib. MLS klubunun nümayəndələri Çempionlar Liqasının final matçının ardından Roysun menecerləri ilə ilkin danışıq aparıblar. Ancaq 35 yaşlı pleymeyker hələ qərarını verməyib.
Qeyd edək ki, 2012-ci ildən bəri Dortmund “Borussiya”sının formasını geyinən Marko Roys hazırda azad agentdi.