“Yurqorden” klubu Musa Qurbanlı ilə bağlı qərarını verib. Matc.az İsveç mətbuatına istinadən xəbər verir ki, Stokholm təmsilçisi Azərbaycan millisinin üzvü ilə vidalaşmağı planlaşdırır.

Stokholm klubunun idman direktoru Bosse Andersson yayda minimum iki futbolçunun satılmasına çalışır. İddiaya görə, onlardan biri də Musa Qurbanlıdı. “Yurqorden” artıq yeni hücumçu axtarışına da çıxıb. Andersson ön xətti mütləq gücləndirəcəklərini bildirib.

Qeyd edək ki, Musa Qurbanlının “Yurqorden”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest