“Spartak”ın sabiq baş məşqçisi Gilyermo Abaskal “Qranada”nı çalışdıracaq.

Matc.az xəbər verir ki, bu barədə AS internet nəşri məlumat yayıb.

Bildirilir ki, "Qranada"nın idman direktoru Matteo Tonotsi seçimini 35 yaşlı mütəxəssisdən yana edib.

Xatırladaq ki, Abaskal 2022-ci ilin yayından 2024-cü il aprelin 14-dək “Spartak”ın baş məşqçisi vəzifəsində çalışıb. 35 yaşlı mütəxəssis Rusiya Premyer Liqasının 24-cü turunun “Soçi” ilə oyununda (0:1) məğlubiyyətdən sonra qovulub. Abaskalın rəhbərliyi altında “qırmızı-ağlar” bütün turnirlərdə 74 oyun keçirib, 36 dəfə qalib gəlib, 15 dəfə heç-heçə edib, 23 dəfə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest