ABŞ-ın “Atlanta Yunayted” klubu baş məşqçisi Qonsalo Pinedanı istefaya göndərib.

Matc.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, onunla birlikdə köməkçiləri Eyheniyo Vilyason və Dieqo De La Torre də komandadan uzaqlaşdırılıb. Pinedanın məşqçilər korpusunda da yer alan Rob Valentino isə baş məşqçi əvəzi təyin edilib.

Qeyd edək ki, “Atlanta Yunayted” MLS-də 17 turdan Şərq Konfransında 13-cü yerdə qərarlaşıb. Komandanın 4 qələbəsi, 4 heç-heçəsi və 8 məğlubiyyəti var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest