04 İyun 2024, 00:42
FUTBOL
Çernoqoriya yığmasının 33 yaşlı mərkəz müdafiəçisi Stefan Saviç Madridin “Atletiko” klubundan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano yayıb.
Bildirilir ki, müdafiəçi müqaviləsinin 2025-ci ilə qədər qüvvədə olmasına baxmayaraq, azad agent kimi komandadan getmək istəyib və klub onun istəyinə müsbət cavab verib.
Qeyd olunur ki, 33 yaşlı çernoqoriyalı bir neçə klubun maraq dairəsinə düşüb.
Xatırladaq ki, Saviç 2015/16 mövsümündən bəri “Atletiko”nun şərəfini qoruyur.