“Yuventus” komandanın keçmiş baş məşqçisi Massimiliano Alleqri ilə müqaviləni pozmaq haqqında razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflərlər mövsümün sonunda qarşılıqlı razılaşma ilə müqaviləyə xitam veriblər.

Xatırladaq ki, təcrübəli mütəxəssisin klubla 2025-ci ilin yayına kimi nəzərdə tutulmuş müqaviləsi var idi. Alleqri Turin klubunu ona müqavilə əsasında maaşının 9 milyon avro məbləğində qalan hissəsini ödəməkdən imtina etdiyinə görə məhkəməyə vermək niyyətində idi.

Qeyd edək ki, 56 yaşlı Massimiliano Alleqri 2021-ci ilin mayında ikinci dəfə Turin klubunun baş məşqçisi vəzifəsini icra edib. Bu müddətdə onun rəhbərliyi altında "Yuventus" bütün turnirlərdə 149 oyun keçirib, 80 dəfə qalib gəlib, 34 dəfə heç-heçə edib, 35 dəfə məğlub olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest