“Beşiktaş” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal komandadan ayrılıb.

Bu barədə məlumatı futbolçu özü yayıb. Əlcəzairli oyunçu ayrılıq xəbərini sosial şəbəkə hesabında açıqlayıb.

“Beşiktaş”la müqaviləsi başa çatan yarımmüdafiəçi ilə yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, Qezzal 2020-ci ildən "Beşiktaş"ın formasını geyinirdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest