“Bu, klub tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Bir çox unudulmaz an yaşadıq. Lakin bunlar artıq keçmişdə qaldı. Növbədi addımlar haqda düşünməliyik".

"Qarabağ"ın futbolçusu Marko Yankoviç sosial şəbəkədə paylaşım edib. Matc.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi şəxsi instaqram hesabında 2023/24 mövsümündəki çıxışları haqda fikirlərini bölüşüb.

28 yaşlı futbolçu növbəti mövsümdə daha uğurlu performans göstərmək istədiklərini qeyd edib: “Bu, klub tarixinin bir hissəsi kimi əbədi olaraq qalacaq. Bir çox unudulmaz an yaşadıq. Lakin bunlar artıq keçmişdə qaldı. Növbədi addımlar haqda düşünməliyik. Daha böyük nailiyyətlər əldə etməyi səbirsizliklə gözləyirik. Bu uzun marafonda iştirak edən hər kəsə, klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərimizə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" 2023/24 sezonunda Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olub. Bundan əlavə, Ağdam təmsilçisi UEFA Avropa Liqasında 1/8 finaladək irəliləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest