04 İyun 2024, 12:49
FUTBOL
İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna “Vilyarreal”dan ayrılıb. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi 42 yaşlı qolkiperlə əməkdaşlığı dayandırıb.
Belə ki, Reynanın sözləşməsinin müddəti başa çatıb və “Vilyarreal” rəhbərliyi onunla yeni saziş imzalamağı lazım bilməyib.
Qeyd edək ki, karyerası ərzində “Barselona”, “Liverpul”, “Napoli”, “Bavariya”, “Milan”, “Aston Villa” və “Latsio” klublarında da oynamış Reyna 2022-ci ildən “Vilyarreal”ın formasını geyinirdi. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2008 və 2012-ci illərdə isə Avropa çempionu adını qazanıb.