İtaliyanın "İnter" klubunun yeni prezidentinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə “neradzurra”nın mətbuat xidməti məlumat yayıb.

Milan təmsilçisinin prezidenti vəzifəsinə Beppe Marotta təyin olunub. 67 yaşlı funksioner “İnter” üçün yad sima deyil. Belə ki, o, 2018-ci ildən klubun baş icraçı direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, "İnter" 2023/24 mövsümündə A Seriyasının qalibi olub. Bu, “neradzurra”nın tarixi ərzində 20-ci ölkə çempionluğu olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest