04 İyun 2024, 15:18
FUTBOL
Razılaşmaya əsasən, Yusif Nəbiyev daha 1 il “Səbail”in uğurları üçün çalışacaq.
Növbəti mövsümün heyətini formalaşdırmağa başlayan “Səbail” Yusif Nəbiyevlə əməkdaşlığı davam etdirməyə qərar verib. Matc.az xəbər verir ki, ötən mövsüm də “dənizçilər”in formasını geyinmiş müdafiəçi ilə yeni müqavilə imzalanıb.
Razılaşmaya əsasən, Nəbiyev daha 1 il “Səbail”in uğurları üçün çalışacaq. 2023-cü ilin yayında paytaxt klubunda çıxış edən 26 yaşlı futbolçu bu müddətdə ümumilikdə 37 oyuna çıxıb və aktivinə 5 qol, 5 assist yazdırıb.
Qeyd edək ki, “Səbail” bu gün Yusifin qardaşı Fərid Nəbiyevi heyətinə qatdığını da açıqlayıb.