04 İyun 2024, 20:00
FUTBOL
Komandamız qrupdakı üçüncü görüşündə Fransa ilə qarşılaşıb. Millimiz 3:1 hesabı ilə inamlı qələbə qazanıb.
Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirib.
Matc.az xəbər verir ki, komandamız qrupdakı üçüncü görüşündə Fransa ilə qarşılaşıb.
Millimiz 3:1 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticədən sonra pley-offa vəsiqəni təmin etmiş komandamız qrup mərhələsini lider kimi başa vurub.
Qeyd edək ki, yığmamız ilk matçında Belçikaya 3:0, ikinci oyununda isə İtaliyaya 2:1 hesabı ilə qalib gəlib.