İngiltərənin "Mançester Siti" klubu Premyer Liqa rəhbərliyini məhkəməyə verib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “The Times” nəşri yayıb.

Mançester təmsilçisi İngiltərə çempionatının təşkilatçılarını sövdələşmə məsələlərində diskriminasiyada ittiham edirlər.

Premyer Liqa, klublara sahibləri ilə əlaqəli olan şirkətlərlə əməliyyatlar aparmağı qadağan edir. “Mançester Siti” iddiasında bu faktı Yaxın Şərqdən olan sahibkarlara qarşı ayrı-seçkilik adlandırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest