05 İyun 2024, 14:27
FUTBOL
“Barselona”nın prezidenti Joan Laporta yay transfer planları barədə danışıb. Matc.az xəbər verir ki, futbol funksioneri hərəkətli dönəm keçirməyəcəklərini bildirib.
O, əsasən iki mövqeni gücləndirəcəklərini vurğulayıb: “Ulduzlarımızı satmağı planlaşdırmadığımız kimi, böyük oyunçular alacağımızı düşünmürəm. Yeni hücumçu və yarımmüdafiəçi axtarırıq. Özümüzün də bu mövqelərdə çıxış edə biləcək istedadlarımız var”.
Qeyd edək ki, “Barselona” ötən mövsüm İspaniya La Liqasında ikinci yeri tutub.