“Səbail”də daha bir futbolçu ilə bağlı qərar verilib. Matc.az xəbər verir ki, müdafiəçi Süleyman Əhmədov komandada saxlanılıb.

24 yaşlı oyunçunun başa çatan sözləşməsi yenilənib. Əhmədov yeni 1 illik sazişə qol çəkib. Bu isə o deməkdi ki, futbolçu 2024-25 mövsümündə də qəsəbə təmsilçisinin formasını geyinəcək.

Süleyman Əhmədov ötən mövsüm Premyer Liqada 12 oyun (565 dəqiqə) keçirib.

Qeyd edək ki, “Səbail” daha əvvəl Ağabala Ramazanov, Adil Nağıyev və Səlahət Ağayevlə yolları ayırıb, Yusif Nəbiyev, Hüseynəli Quliyev, Samir Abdullayev və Rüfət Abdullazadə ilə müqaviləni yeniləyib, Fərid Nəbiyevi isə transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest