"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo qarşıdan gələn Avropa çempionatının favoritləri haqda fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

“Mən Portuqaliya millisinin əvvəlki nəsillərinə hörmətsizlik etmək istəmirəm, lakin heyətin dərinliyi və keyfiyyəti baxımından, yəqin ki, tarixin ən yaxşı komandasına sahibik. Portuqaliya turniri qazana bilər.

Fransa və Almaniya həmişə yaxşı oynayır, Portuqaliya və İngiltərə həmişəkindən daha yaxşı heyətə malikdir. Bu dörd komanda favoritdir. İspaniyadan əmin deyiləm, amma onların futbolu və oyunçuları ən yüksək səviyyədədir. İtaliya və ya Belçikanın qələbəsi mənim üçün sürpriz olacaq”, – deyə təcrübəli mütəxəssis fikirlərini bildirib.

Qeyd edək ki, Almaniyada baş tutacaq AVRO-2024 iyunun 14-dən iyulun 14-dək keçiriləcək. Qrup mərhələsində birinci və ikinci yeri tutan komandalar, həmçinin üçüncü yeri tutan dörd ən yaxşı komanda 1/8 finala yüksələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest