“Bavariya” müdafiəçi Alfonso Devisə ildə 14 milyon avrodan çox maaş verməyə hazırdır.

Matc.az xəbər verir ki, bu barədə “Sky Sport Germany” məlumat yayıb.

Bildirlir ki, Münhen klubunun 2029-cu ilin yayına kimi bonuslar da daxil olmaqla illik 13-14 milyon avro maaş təklifi futbolçunu qane etməmişdi. O, ildə 20 milyon avro qazanmaq istəyir. “Bavariya” təklifi yenidən artırmağa hazır olduğunu bildirib, lakin klub daxilində müəyyən edilmiş limitə uyğun olaraq.

Xatırladaq ki, daha əvvəl mətbuatda müdafiəçi ilə “Real” maraqlandığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, ötən mövsüm Devis 42 matçda iştirak edib, üç qol vurub və altı məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” kanadalı futbolçunu 50 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest