“Udineze”nin baş məşqçisi Fabio Kannavaro postunu tərk etdiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə baş məşqçi özü sosial şəbəkərlərdə yazıb.

"Klubun prezidenti bu gün mənə peşəkar münasibətimizi davam etdirməmək qərarı haqqında məlumat verdi" – deyə Kannavaro açıqlama paylaşıb.

Xatırladaq ki, “Udineze” ötən mövsüm İtaliya A Seriyasını 37 xal toplayaraq 15-ci yerdə tamamlayıb.

Qeyd edək ki, Fabio Kannavaro aprel ayında İtaliya kulubuna baş məşqçisi təyin olunmuşdu. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest