09 İyun 2024, 10:01
FUTBOL
“Mançester Siti” bu yay hücumçusu Julian Alvares üçün heç bir icarə təklifini qəbul etmək niyyətində deyil.
Matc.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrisio Romano məlumat paylaşıb.
Bildirilir ki, 24 yaşlı argentinalı daha çox oyun vaxtı əldə etmək istəyir, bu barədə Alvaresin ətrafı kluba məlumat verib. İngilis klubu da futbolçunu saxlamaq istəyir.
Xatırladaq ki, argentinalı futbolçu ilə PSJ və “Çelsi” yaxından maraqlanır.
Qeyd edək ki, ötən mövsüm Alvares bütün yarışlarda 54 matçda iştirak edib, 19 qol vurub, 13 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.