“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Barselona”da komanda yoldaşı olmuş Aleksis Sançesi İtaliya klubuna transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Bildirilir ki, çilili futbolçunun “İnter”lə müqaviləsi iyunun 30-da başa çatdığından, 37 yaşlı mütəxəssis Sançesi azad agent kimi almaq istəyir. Bununla belə, keçidi həyata keçirmək üçün 35 yaşlı forvardın maaşında ciddi azalma istəniləcəyi gözlənilir.
Xatırladaq ki, ötən mövsüm Sançes bütün turnirlərdə 33 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 2,5 milyon avrodur.
Qeyd edək ki, 38 matçdan sonra “Komo” 73 xalla B Seriyasını ikinci pillədə başa vurub və birbaşa İtaliya A Seriyasına yüksəlib.