Londonun “Arsenal” klubu “Napoli”yə aydın şəkildə bildirib ki, klubunun hücumçusu Viktor Osimhen üçün 130 milyon avroluq sərbəst qalma öhdəliyini ödəmək niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə “Sky Sport Italy” məlumat yayıb.

Bildirilir ki, London klubunun bu qərarından sonra “Napoli” nigeriyalı hücumçunun transferi ilə bağlı siyasətinə yenidən baxaraq ona daha aşağı qiymət təyin edə bilər.

Xatırladaq ki, ötən mövsüm Osimhen bütün turnirlərdə 32 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest