09 İyun 2024, 11:25
FUTBOL
“Qalatasaray” müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü icarə əsasında “Börnli”də keçirmiş Lorenz Assiqnonu transfer etmək istəyir.
“Sarı-qırmızılar” 23 yaşlı sağ cinah müdafiəçisinin keçidini yay təlim-məşq toplanışına kimi tamamlamağa çalışır.
Qeyd edək ki, Lorenz Assiqnon müqavilə ilə “Renn”ə məxsusdur. Fransalı futbolçu 2023/2024 mövsümünü icarə əsasında “Börnli”də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.