09 İyun 2024, 11:40
FUTBOL
“Barselona”nın sabiq baş məşqçisi Xavi yaxın gələcəkdə İngiltərə Premyer Liqa klublarından birinə rəhbərlik etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı ispan mütəxəssisə yaxın mənbələr paylaşıb.
Bildirilir ki, Xavi İngiltərə çempionatının özü üçün maraqlı layihə tapa biləcəyi bir liqa olduğuna inanır. Bununla belə, Xavinin növbəti il ərzində məşqçiliyə qayıtmağı planlaşdırmadığı vurğulanır.
Xatırladaq ki, mayın 24-də ispaniyalı mütəxəssis “Barselona”nın baş məşqçisi postundan göndərilib.