İtaliyanın “Napoli” və “Yuventus” klubları turinli hücumçu Federiko Kyezanı neapollu müdafiəçi Covanni Di Lorenzo ilə dəyişmək imkanını nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə “Sportitalia” məlumat yayıb.

Bildirilir ki, hər iki oyunçunun qiyməti 25-30 milyon avro civarındadır, ona görə də birbaşa mübadilə tamamilə mümkündür.

Daha əvvəl Kyezanın “Yuventus”dan ayrılmaq istədiyi bildirilirdi. İtaliyalıya əsas namizədlərdən biri də “Roma”dır. Həmçinin mətbuatda Di Lorenzonun ildə 3,5 milyon avro aldığı müqaviləsinin 2028-ci ilin iyununda başa çatmasına baxmayaraq, “Napoli”dən ayrılmaq istədiyi bildirilir.

Qeyd edək ki, 30 yaşlı Di Lorenzo ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 2 qol vurub və 8 məhsuldar ötürmə edib. Kyeza isə 37 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest