09 İyun 2024, 18:17
FUTBOL
“Bavariya” “Fulhem”in yarımmüdafiəçisi Joao Palinya ilə bütün şərtləri razılaşdırıb.
“Bavariya” “Fulhem”in yarımmüdafiəçisi Joao Palinya ilə bütün şərtləri razılaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Artıq ulduz futbolçunun müqaviləsinin hazır olduğu və maaşının razılaşdırıldığı qeyd edilir.
Klublar arasında da danışıqlar fəal şəkildə aparılır. Futbolçunun transferinin Münhen klubuna təxminən 45 milyon avroya başa gələcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm 28 yaşlı portuqaliyalı bütün yarışlarda 39 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.