09 İyun 2024, 18:36
FUTBOL
Ançelotti gələn ilin əvvəlində “Real” tərk edə bilər. Amma söhbət baş məşqçidən yox, son səkkiz ildə atasının köməkçisi olan oğlu David Ançelottidən gedir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı “Diario AS” nəşri paylaşıb.
Atasının köməkçisi kimi əla nəticələr əldə edən David Ancelotti bəzi klubların marağına səbəb oldu. O, artıq “Sevilya”dan gələn təklifi rədd edib. Belə ki, kiçik Ançelotti öz agentinə növbəti on iki ay ərzində bütün təklifləri rədd etməyi tapşırıb və yalnız bundan sonra o, gələn təkliflərlə bağlı danışıqlara hazır olacağını bildirib.
Devid Ançelottinin reytinqi son illər kifayət qədər yüksək olub və o, yəqin ki, heç bir problem olmadan məşqçiliyə başlaya biləcək.