“Çelsi” yarımmüdafiəçisi Kristofer Nkunkunun gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.

Bildirilir ki, Nkunku London klubunun növbəti mövsüm və yaxın gələcək üçün planlarının əsas hissəsidir. Mümkün bir vida şayiələrinə baxmayaraq, gündəmdə ayrılıq məsələsi yoxdur.

Uğursuz alınan ilk mövsümdən sonra klub yarımmüdafiəçini əsas oyunçusu kimi görməyə davam edir. Nkunku da öz növbəsində klub üçün əlindən gələni etməyə qərarlıdır.

Xatırladaq ki, Kristofer Nkunku “RB Leypsiq”dən 60 milyon avroya “Çelsi”yə keçib. O, ötən mövsüm bütün turnirlərdə 14 matçda 3 qola imza atıb. Futbolçu zədə səbəbindən mövsümün böyük hissəsini buraxmalı olub.

Qeyd edək ki, fransalı yarımmüdafiəçinin klubla müqaviləsi 2029-cu ilə qədərdir. “Transfermarkt” futbolçunu 65 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest