09 İyun 2024, 22:38
FUTBOL
Bu gün Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.
Matc.az xəbər verir ki, I Liqanın başa çatan mövsümündə 10-cu yeri tutan “Araz Saat”lı II Liqanın ikincisi “Cəbrayıl” ilə üz-üzə gəlib. Qarşılaşma “Cəbrayıl”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm üçün Azərbaycan I Liqasına vəsiqə qazanacaq.
Qeyd edək ki, pley-offun cavab oyunu iyunun 15-də olacaq.