İtaliyalı mütəxəssis “İnter”lə müqaviləsini 2027-ci ilə qədər uzatmağa hazırdır. Mütəxəssisin hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

“İnter”in baş məşqçisi Simone İnzaqi Milan klubundakı gələcəyi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, italiyalı mütəxəssis “İnter”lə müqaviləsini 2027-ci ilə qədər uzatmağa hazırdır. Yeni müqaviləyə əsasən İnzaqinin maaşı illik 6,5 milyon avro olacaq. Mütəxəssisin hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Müqaviləni yekunlaşdırmaq üçün bu həftə “İnter” rəhbərliyi ilə məşqçi arasında yekun görüş gözlənilir.

Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən “İnter”ə rəhbərlik edir. 2023/24 mövsümündə Milan klubu İtaliya çempionu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest