Futbol klublarının yeni dünya reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda ümumilikdə 507 komanda yer alıb.

Bu sıraya Azərbaycan təmsilçiləri də düşüblər. Premyer Liqamızda çıxış edən 4 komanda reytinq cədvəlində qərarlaşıb.

Maraqlıdı ki, Azərbaycan çempionu və ölkə kubokunun qalibi “Qarabağ” 5 pillə geriləyib. Aktivində 183,75 xal olan “köhlən atlılar” hazırda 53-cü pillədə yer alıblar. Çempionatın gümüş mükafatçısı və Azərbaycan Kubokunun finalçısı “Zirə” isə irəliləyişə nail olub. Rəşad Sadıqovun komandası 15 pillə irəliləyərək, 369-cu yerə yüksəlib.

Reytinq cədvəlində “Sabah” və “Neftçi” klubları da yer alıblar. 388-ci olan “Sabah” 17 pillə irəliləyib. 403-cü olan “Neftçi” isə 5 pillə geriləyib.

Siyahıya İngiltərənin “Mançester Siti” klubu rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest