10 İyun 2024, 15:12
FUTBOL
I Liqada pley-offun cavab oyununun cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, “Araz Saatlı” ilə “Cəbrayıl” arasındakı cavab görüşü iyunun 15-də Saatlıda keçiriləcək.
İlk oyun “Cəbrayıl”ın 2:0 hesablı qələbəsi ilə bitib. İki oyunun nəticəsində üstün olan tərəf gələn mövsüm I Liqada yarışacaq.
15 iyun (şənbə)
“Araz Saatlı” – “Cəbrayıl”
Saatlı OİK stadionu, 17:30