Sabah Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda yoxlama görüşü çərçivəsində Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq.

Matc.az xəbər verir ki, oyunu öncəsi təşkil olunan mətbuat konfransında yığmamızın məşqçisi Arif Əsədov görüşlə bağlı fikirlərini bildirib.

“Albaniya ilə oyundan sonra Qazaxıstanla görüşə hazırlaşmaq üçün çox vaxımız olmadı. Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdilər. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan komandası ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidir. Qarşıda seçmə matçlar olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest