“Çelsi”nin 21 yaşlı müdafiəçisi Levi Kolvill karyerasını “Bavariya”da davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, Münhen komandası gənc ingilisin transferində qərarlıdır. Artıq klublar arasında ilk danışıqlar aparılıb. Onun “Bayer” müdafiəçisi Conatan Taya alternativ olaraq düşünüldüyü bildirilir.

Xatırladaq ki, londonlular 117 milyon avro dəyərində futbolçu satmalıdırlar. Satış siyahısına yeddi oyunçu daxil edilib.

Qeyd edək ki, Kolvill “Çelsi”nin yetirməsidir. 21 yaşlı futbolçu London klubunun heyətində ötən mövsüm bütün yarışlarda 32 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest