“Yuventus”un əsas qapıçısı Voyçex Şesni karyerasını Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda davam etdirə bilər.

Matc.az xəbər verir ki, klublar 19 milyon avroya transfer üçün razılığa gəlməyə yaxındırlar. Polşalı qolkiperin “Əl-Nəsr”lə 2 illik müqavilə imzalayacağı gözlənilir.

“Əl-Nəsr” rəhbərliyi komandanın ötən mövsüm heç bir kubok qazana bilməməsinin və ölkə çempionatını ikinci yerdə başa vurmasının əsas səbəblərindən birini qapıçı mövqeyində olan boşluqda görür.

Daha əvvəl bildirilirdi ki, Şeşninin yerinə “Yuventus” mövsümün sonunda A Seriyasının ən yaxşısı kimi tanınan “Monza”nın əsas qapıçısı Mişel De Qreqorionu alacaq.

Qeyd edək ki, Şesni 2017-ci ilin yayında “Arsenal”dan “Yuventus”a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest