Niderland millisinin və “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq qarşıdan gələn futbol üzrə Avropa çempionatını buraxacaq. De Yonq ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb.

Niderland millisinin və “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq qarşıdan gələn futbol üzrə Avropa çempionatını buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano sosial şəbəkələrdə paylaşıb.

Bildirilir ki, yarımmüdafiəçi fiziki durumu pis olduğu üçün turnirdə iştirak edə bilməyəcək. De Yonq ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb, əksinə yenidən zədələnmə ehtimalı var. Bu baxımdan Frenki Niderland millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçi aprelin sonlarında topuğundan zədə alıb və ötən mövsümünün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb. Buna baxmayaraq, Niderland millisinin mətbuat xidməti mayın 29-da açıqladığı AVRO-2024 üçün millinin yekun heyətində de Yonq da yer almışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest