“Neftçi”nin yarımmüdafiəçisi meydana çıxmayıb. O, sonadək ehtiyatda qalıb.

“Neftçi”nin futbolçusu Alfa Kontenin dəvət aldığı Syerra Leone millisi növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Afrika zonası üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən matçda rəqib Burkino Faso yığması olub.

Qarşılaşma 2:2 hesabı ilə nəticələnib. “Neftçi”nin yarımmüdafiəçisi meydana çıxmayıb. O, sonadək ehtiyatda qalıb.

Qeyd edək ki, Syerra Leone millisi 4 turdan sonra Burkino Faso ilə birgə 5 xal toplayıb və qrupda 3-4-cü yerləri bölüşdürür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest