11 İyun 2024, 12:12
FUTBOL
AVRO-2024-də iştirak edəcək Gürcüstan yığması Almaniyaya yollanıb. Matc.az xəbər verir ki, gürcülər Monteneqro yığması ilə yoxlama matçından (3:1) sonra qitə birinciliyinin keçiriləcəyi ölkəyə yola düşüblər.
26 nəfərlik heyətdə "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili də var. Komanda Düsselforf aeroportuna endikdən sonra oradan qalacağı Felbert şəhərinə yollanıb.
Qeyd edək ki, Gürcüstan yığması AÇ-2024-də Türkiyə, Çexiya və Portuqaliya ilə eyni qrupda yarışacaq.