17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının iki mərhələli təlim-məşq toplanışı olacaq. Matc.az xəbər verir ki, milli əvvəlcə iyunun 13-dən 14-dək Bakıda hazırlıq keçəcək.

Toplanışın ikinci mərhələsi iyunun 15-dən 20-dək Albaniyanın Dürres şəhərində baş tutacaq. U-17 hazırlıq zamanı Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoldaşlıq görüşünə çıxacaq.

İlk görüş iyunun 17-də, ikinci qarşılaşma isə 19-da baş tutacaq. “Egnatia Arena”da təşkil olunacaq hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısı: Məhdi Həsənov (“Neftçi”), Rauf Əyyubov, Həzrət Səmədov, Əlibəy Mahmudov, İbrahim Xəlilov, Ümid Səlimov (hamısı “Sabah”), Fərid Cabbarlı, Murad Qurbanov (hər ikisi “Zirə”), Tuncay Əhmədov, Nadir Nəsibli, Səttar Tahirzadə, Muhammad Çodarov, Sinan Mehdizadə (hamısı “Marset” İspaniya), Nihad İsaqov (“Kəpəz”), Əli Qazibəyov, Abdulaziz Cabbarlı, Əli İbrahim (hamısı “Qarabağ”), Emil Həsənov (“Sumqayıt”), İbrahim Babayev (“Servette”, İsveçrə), İslam Həsənov (“Srvena Zvezda”, Serbiya).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest