AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən D kateqoriyalı məşqçi kurslarına start verilib.

Matc.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan kursa 20 nəfər cəlb olunub.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar.

İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri barədə məlumat verilib.

Qeyd edək ki, kurs 3 gün davam edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest