"Oyundan sonra paltardəyişmə otağına girdim və uşaqlara dedim ki, sentyabr matçlarına qədər səhvlərimizi düzəldə bilək. Bacarıqlarınızı yoxlamaq üçün yoldaşlıq görüşləri lazımdır"

Bu gün Qazaxıstan yığması yoldaşlıq görüşündə Azərbaycana 2:3 hesabı ilə uduzub. Matc.az xəbər verir ki, Macarıstanda baş tutan oyundan sonra Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov “Meta-ratings.kz” saytına müsahibəsində Azərbaycan millisinə uduzmasından danışıb.

“Qazaxıstan millisinin hər iki yoldaşlıq oyununa baxdım. İrəvanda komanda zəif başladı, ilk dəqiqələrdə qol buraxdı. Amma bu gün uşaqlar tamamilə fərqli oynadılar, birinci hissənin ortalarında üstünlüyü ələ keçirdilər. Müəyyən müddətdə Azərbaycan topa nəzarət etməyə başladı. Nə üçün topu rəqibə vermək qərarına gəldiklərini hələ bilmirəm. Demək lazımdır ki, bu yoldaşlıq görüşüdür və hər iki komanda müdafiədə hücumdan qat-qat pis oynadı. Oyundan sonra paltardəyişmə otağına girdim və uşaqlara dedim ki, sentyabr matçlarına qədər səhvləri düzəldə bilək. Bacarıqlarınızı yoxlamaq üçün yoldaşlıq görüşləri lazımdır. Bu gün iki ehtiyat qapıçı və bir neçə gənc futbolçu oynayırdı. Uşaqlar barədə müəyyən suallar yaranıb, lakin bunlar üzərində işləyəcəyimiz məsələlərdir”, - Çerçesov bildirib.

Qeyd edək ki, iyunun 3-də Maqomed Adiyev Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən göndərilib. Ermənistan və Azərbaycan yığmaları ilə yoldaşlıq oyunlarında komandaya Maqomed Adiyevin köməkçisi Ruslan Baltiyev rəhbərlik edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest