12 İyun 2024, 10:30
FUTBOL
"Barselona"nın sabiq futbolçusu bir vaxtlar rəhbərliyi altında oynadığı Xosep Qvardiola haqda danışıb. Matc.az xəbər verir ki, o, keçmiş baş məşqçisi barədə maraqlı fikir səsləndirib.
İnyesta qeyd edib ki, Qvardiolanın futbolda yeni üslub yaradıb: “Pep nümunəvi məşqçidi. "Barselona"da heyrətamiz uğurlar qazandı. Deyərdim ki, Qvardiola futbolun bütün prinsiplərini məhv etdi. Bəzi insanların xoşuna gəlməyə bilər, amma bu, həqiqətdi”.
Qeyd edək ki, İnyesta 2018-ci ilə qədər formasını geyindiyi “Barselona”da ümumilikdə 674 matçda iştirak edib və 57 qol vurub.